Amerikanın Uolt Disney şirkətinə məxsus "Inside Out 2" cizgi filmi bu ilin ilk filmi olub ki, 1 milyard dollardan çox gəlir əldə edib.

Bu barədə İqtisadiyyat.az "İnterfaks"a istinadən xəbər verir.

Məlumata görə, film Şimali Amerikada 469,3 milyon dollar və digər regionlarda 545,5 milyon dollar gəlir əldə edib.

Inside Out filmi 1 milyard dollar həddini keçərək cizgi filmləri üçün rekord gəlir əldə edib.

Sonuncu dəfə 2023-cü ildə “Barbie” filmi 1 milyard dollar həddini keçib.

 

Gözəl Həşimova