Rusiya prezidenti Vladimir Putin ölkədə "rəqəmsal rubl"un tətbiqi ilə bağlı qanunu təsdiqləyib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Putin fərman imzalayıb.

Fərmanla Rusiyada rəqəmsal rublun tətbiqi və istifadəsi üçün elektron platformanın yaradılması təsdiqlənib.

Rusiya rublunun nağd və nağdsız istifadə ilə yanaşı rəqəmsal şəkildə istifadəsini nəzərdə tutan fərmana əsasən, qurulacaq yeni elektron platforma vasitəsilə yeni rubl formatında əməliyyatlar mümkün olacaq.

Fərmanda qeyd olunub ki, sözügedən platforma Rusiya Mərkəzi Bankı tərəfindən idarə olunacaq.