Rusiyada baş verən fırtınada ağacın aşması nəticəsində 8 nəfər həyatını itirib.

İqtisadiyyat.az rus mediasına istinadən bildirir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilir ki, Volqa çayının şimalında, Mari El bölgəsində düşərgə ərazisində ağacın aşması nəticəsində 3-ü uşaq olmaqla, 8 nəfər həlak olub. Ümumilikdə 8 rayonu əhatə edən qasırğada 76 nəfər xəsarət alıb, təxminən 100 min ev işıqsız qalıb və 50 binaya ziyan dəyib. 

Səlahiyyətlilər yerli əhaliyə ağaclardan, zədələnmiş binalardan, gəzməkdən və çimməkdən çəkinmələri barədə xəbərdarlıq edib.

Gülşən Şərif

İqtisadiyyat.az