2024-cü ilin ilk altı ayında Rusiyada nağd pulun həcmi 570,3 milyard rubl azalıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə RBC Rusiya Federasiyası Mərkəzi Bankının statistikasına istinadən xəbər verir.

Bildirilir ki, bank sisteminə geri qaytarılan nağd pulun həcmi son doqquz ildə ən yüksək həddə çatıb. Belə ki, 2015-ci ilin birinci yarısında böyük məbləğ qeydə alınıb. Həmin vaxt nağd pulun həcmi 1,2 trilyon rubl azalıb.

Analitiklər qeyd edirlər ki, o vaxtdan bəri nağd puldan qeyri-nağd formada pul axını üç dəfə müşahidə olunub və ən çox nəzərə çarpan 2019-cu ilin yanvar-iyun aylarında 300 milyard rubldan bir qədər çox olub.