Rusiyanın Primorsk vilayətində “Miq-31” tipli döyüş təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb.

Rusiya Şərq Hərbi Dairəsinin mətbuat xidmətindən verilən açıqlamada, Miq-31 tipli döyüş təyyarəsi vilayətin Alekseyevka kəndi yaxınlığında meşə sahəsinə düşüb.

Məlumata görə, təyyarə texniki nasazlıq səbəbindən qəzaya uğrayıb.