Rusiyada son sutka ərzində koronavirusa 6 368 yeni yoluxma halı qeydə alınıb.

Bu barədə Koronavirusun Yayılması ilə Mübarizə üzrə Operativ Qərargahdan məlumat verilib.

Bununla da ölkədə COVID-19 xəstələrinin sayı 694 230 nəfərə çatıb.

Qeyd olunub ki, son sutkada 198 nəfər koronavirusdan ölüb və COVID-19 qurbanlarının sayı 10 494 nəfərə yüksəlib.report

Ümumilikdə isə 463 880 pasiyent koronavirusdan sağalıb.