Ötən ay Rusiyada illik inflyasiya 8,3%-dən 8,59%-ə yüksəlib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Federal Statistika İnstitutunun (Rosstat) açıqladığı məlumatda deyilir.

Məlumata görə, ölkədə ərzaq məhsullarının qiyməti iyun ayında illik bazda 9,81% artıb.

Sözügedən dövrdə qeyri-ərzaq mallarının qiyməti 7% bahalaşıb.

 

Gözəl Həşimova