Rusiyada son sutka ərzində koronavirusa 6 635 yeni yoluxma halı qeydə alınıb.

Bu barədə Koronavirusun Yayılması ilə Mübarizə üzrə Operativ Qərargahdan bildirilib.

Bununla da ölkədə COVID-19 xəstələrinin sayı 713 936 nəfərə çatıb.

Qeyd olunub ki, son sutkada 174 nəfər koronavirusdan ölüb və infeksiya qurbanlarının ümumi sayı 11 017 nəfərə yüksəlib.

Ümumilikdə 489 068 pasiyent koronavirusdan sağalıb.report