Rusiyada son sutka ərzində koronavirusa 6  562 yeni yoluxma halı qeydə alınıb.

Bu barədə Koronavirusun Yayılması ilə Mübarizə üzrə Operativ Qərargahdan bildirilib. 

Bununla da ölkədə COVID-19 xəstələrinin sayı 700 792 nəfərə çatıb.

Qeyd olunub ki, son sutkada 173 nəfər koronavirusdan ölüb və infeksiya qurbanlarının sayı 10 667 nəfərə yüksəlib.

Ümumilikdə isə 472 511 pasiyent koronavirusdan sağalıb.report