“Rusiya və Çin 2033-2035-ci illərdə Aya atom elektrik stansiyasının çatdırılması və onun səthində quraşdırılması imkanlarını nəzərdən keçirir”. 

İqtisadiyyat.az xəbər verir ki, bunu “Roskosmos”un rəhbəri Yuri Borisov deyib.

Onun sözlərinə görə, bu cür missiyanı robotik vasitələrdən istifadə etməklə avtomatik yerinə yetirmək lazım gələcək. Bunun üçün lazım olan texnoloji həllər, demək olar ki, hazırdır.

2021-ci ilin martında “Roskosmos” və Çin Beynəlxalq Elmi Ay Stansiyasının yaradılmasında anlaşma və əməkdaşlıq memorandumu imzalayıblar. Ay proqramının icrası zamanı Yerin təbii peykinə “Çanqe-6”, “Çanqe-7” və “Çanqe-8” avtomatik stansiyaları göndəriləcək. İlk Ay missiyasının məqsədi əsas texnologiyaların sınaqdan keçirilməsi olacaq ki, bu da uzaqdan idarə oluna bilən eksperimental tədqiqat obyektləri kompleksinin tikintisinə başlamağa imkan verəcək. İlk missiya 2026-cı ildə Aya gedəcək. Layihənin 2028-ci ilə qədər başa çatdırılması planlaşdırılır.