“Ukrayna BMT-dən Rusiyanın taxıl müqaviləsi üzrə tələblərinə əməl etməsini xahiş etməlidir. Moskvanın sazişlə bağlı maraqları təmin olunarsa, onu yeniləmək mümkün olacaq”.

İqtisadiyyat.az xəbər verir ki, Federasiya Şurasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Volodimir Cabarov Ukrayna xarici işlər naziri Dmitri Kulebanın fikirlərini Lente.ru-ya şərh edib:

“Ukrayna bu taxıl sövdələşməsində çox maraqlıdır və bunu yalnız kommersiya layihəsi kimi qəbul edir. Bu sövdələşmənin olmaması Ukraynaya aylıq 500 milyon dollar zərər gətirəcək. Bu isə astronomik məbləğdir. Biz sövdələşmədən çıxmadıq, sadəcə olaraq, bu məsələlər həll olunana qədər iştirakımızı dayandırdıq”.

Xatırladaq ki, Kuleba ötən gün BMT-yə üzv dövlətlərdən Rusiyanı taxıl sazişində iştirakını bərpa etməyə çağırmağı xahiş edib.