Rusiya səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə NEWS.am Ermənistan XİN-in mətbuat xidmətinə istinadən məlumat yayıb.

Rusiya səfirinin Ermənistan XİN-ə çağırılmasına səbəb kimi Laçın yolunda baş verən son insident göstərilib.

Görüşdə hadisə ilə bağlı Ermənistan tərəfinin narazılığı səfirin diqqətinə çatdırılıb.