Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinin binasındadır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Ermənistan XİN xəbəri təsdiqləyib. Lakin səfirin nazirliyə çağırılmasının səbəbi açıqlanmayıb.

Qeyri-rəsmi məlumatlara görə, Rusiya səfirinin Ermənistan XİN-ə çağırılması Laçın dəhlizində baş verən son hadisələrlə bağlıdır. Rusiyalı diplomata nota verildiyi iddia edilir.

Ermənistan XİN-in nümayəndəsi səfirlə görüş barədə daha sonra məlumat yayacaqlarını vəd edib.