Moskvada 140 illik meteo müşahidə tarixində yeni rekord qeydə alınıb.

“İnterfaks” xəbər verir ki, dekabrın 23-ü axşam şəhərdə +6,2 dərəcə istilik olub.

Bu 2015-ci ilin qışında qeydə alınan temperatur göstəricisindən 0,3 dərəcə çoxdur.

Yeni göstərici bu qış Rusiya paytaxtında qeydə alınan sayca üçüncü rekorddur.