Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Sumı vilayətinin Belopolye şəhərini atəşə tutması nəticəsində iki dinc sakin həlak olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Sumı Regional Hərbi Administrasiyasının teleqram səhifəsində bildirilib.

Məlumatda deyilir ki, Sumi vilayəti Rusiya ilə həmsərhəd olduğu üçün Rusiya ordusu müharibənin ilk günlərindən rayonun ərazisini ələ keçirməyə cəhd ediblər. Lakin ötən ilin yazında Ukrayna hərbçiləri bu ərazini Kiyevin Ukraynanın nəzarətinə qaytarıblar.

Rusiya hərbçiləri hər gün bölgəni minaatan və artilleriyadan atəşə tutur.