Rusiya COVID-19 koronavirusuna yoluxanların ümumi sayına görə Böyük Britaniyanı və İtaliyanı qabaqlayaraq, dünyanın ilk üç ölkəsi arasına daxil olub.

Bu barədə Oxu.Az-ın onlayn statistikasındaməlumat verilir.

Ümumilikdə, ölkədə koronavirusa 221 344 nəfər yoluxub.

Son sutka ərzində COVID-19 virusundan 94 xəstə dünyasını dəyişib. Ümumilikdə isə 2 009 şəxs pandemiyanın qurbanı olub. Sağalanların sayı isə 39 801 nəfərdir.