"Qarabağ”ın qapıçısı Andrey Lunyovun parlaq çıxışı artıq digər klubların diqqətini çəkib.

İqtisadiyyat.az Rusiya mətbuatına istinadən xəbər verir ki, təcrübəli qolkiper iki klubdan təklif də alıb.

Rusiya Premyer Liqasında mübarizə aparan “Rubin” və “Rostov” “çərçivə”ni 32 yaşlı oyunçuya tapşırmaq niyyətindədirlər. Ruslar millinin üzvü ilə danışıqlar aparmağa hazırlaşır. Hər iki klub transferi yanvarda həyata keçirməyi planlaşdırır.

Qeyd edək ki, Andrey Lunyovun “Qarabağ”la müqavilə müddəti mövsümün sonuna qədərdir