"ABŞ öz neokolonial istəklərini təşviq etmək üçün internetin tənzimlənməsindəki inhisarından istifadə edir, buna görə də İnternetin idarə olunmasının beynəlmiləlləşdirilməsinə doğru hərəkət etmək lazımdır".

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Yohannesburqda BRİCS-ə üzv dövlətlərdən və tərəfdaşlardan olan həmkarları ilə görüşü zamanı bildirib.

"Bu gün internetin idarə olunması, əsasən, ABŞ korporasiyalarının nəzarəti altındadır. İnternetin tənzimlənməsində belə inhisarçılıq vasitəsilə ABŞ qlobal dominantlıq üçün özünün neokolonial istəklərini təbliğ edir. Bu arada, ABŞ-də  "qeyri-demokratik" hesab etdikləri ölkələrdə etiraz fəaliyyətlərini təbliğ etmək üçün mövcud resursları işə cəlb edirlər", - Patruşev bildirib. 


"Biz qlobal şəbəkənin idarə edilməsinin beynəlmiləlləşməsinə, bu proseslərdə inkişaf etməkdə olan dövlətlərin rolunun və təmsilçiliyinin artırılmasına doğru birgə irəliləməyi vacib hesab edirik", - Patruşev qeyd edib.