Rusiya Dövlət Dumasına cinayət keçmişi olan əcnəbilərə silahlı qüvvələrlə müqavilə bağlamağa icazə verən qanun layihəsi təqdim edilib.

İqtisadiyyat.az "RİA Novosti"yə istinadən xəbər verir ki, sənəd Tula regional duması tərəfindən hazırlanıb. 

Qeyd edilib ki, məhkum ruslar iyun ayından bu fürsətə malik hüquqlar əldə etsə də, əcnəbilərin vəziyyəti aydınlaşdırılmayıb.