Bu ilin yanvar-may aylarında Rusiya büdcəsinin gəlirləri təxminən 45,5% artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Maliyyə Nazirliyi tərəfindən dərc edilən hesabatda deyilir.

Eyni zamanda, ölkə büdcəsinin neft-qaz gəlirləri 73,5% artaraq 4,95 trilyon rubl təşkil edib.

Rusiyanın qeyri-neft gəlirləri bu dövrdə 34,1% faiz artaraq 9,34 trilyon rubla, büdcə xərcləri isə 18,9% artaraq 15,27 trilyon manata çatıb.

Hesablamalara görə, may ayında Rusiyanın neft ixracından gəlirləri təxminən 50 faiz artıb.

 

Gözəl Həşimova