Rusiya benzinin ucuzluğuna görə Avropada ikinci yeri tutub.

Bu barədə məlumatı RİA “Novosti” öz tədqiqatlarına istinad edərək yayıb.

Qeyd edilir ki, benzinin ən aşağı qiyməti Qazaxıstanda müşahidə olunur.

Beləliklə, bir litr Aİ-95 benzinin qiyməti bu ölkədə 27,7 rubldur. Rusiyada benzinin oxşar həcmi 45,8 rubl təşkil edir.

Bu siyahıda üçüncü yerdə Belarus, dördüncü yerdə isə Ukrayna yerləşir.

Məlum olduğu kimi, Avropa ölkələri arasında ən bahalı benzin Niderlandda satılır. Rusiya valyutası ilə burda yanacağın qiyməti 117,7 rubldur.