Rusiyada martın 1-dən avqustun 31-dək tətbiq edilən, lakin mayın 20-də tətbiqi dayandırılan müvəqqəti yanacaq ixracına qadağanın ləğvi iyulun 31-dək uzadılıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin baş naziri Mixail Mişustinin imzaladığı fərmanda deyilir.

Energetika Nazirliyinin mətbuat xidməti izah edib ki, əvvəllər səlahiyyətli orqanlar tərəfindən həyata keçirilən tədbirlər daxili bazarı doyurmağa imkan verib, ona görə də ixracın davam etdirilməsi ölkədə yanacaq qıtlığına səbəb olmayacaq.