Rusiya Banklar Assosiasiyasının prezidenti, Rusiya Bankı sədrinin keçmiş birinci müavini Georgi Luntovski 74 yaşında vəfat edib. 

Bu barədə İqtisadiyyat.az TASS-a istinadən xəbər verir.

İqtisadçının ölüm səbəbi barədə məlumat verilmir.

G. Luntovski 1999-2005-ci illərdə Rusiya Bankının sədr müavini vəzifəsində çalışıb, bundan sonra Mərkəzi Bank sədrinin birinci müavini təyin edilib. 2017-ci ildə o, tənzimləyici orqanı tərk edərək Rusiya Banklar Assosiasiyasının prezidenti vəzifəsini icra edib.

O, 2-ci çağırış Dövlət Dumasının “Evimiz Rusiyadır” fraksiyasından deputatı, Büdcə, Vergilər, Banklar və Maliyyə Komitəsinin üzvü olub.