Rusiyanın paytaxtı Moskvanın Taqanski Rayon Məhkəməsi ABŞ-nin “Amazon” şirkətini 2 milyon rubl cərimələyib.

İqtisadiyyat.az xəbər verir ki, şirkət ləğv edilməli olan məlumatları silməməkdə təqsirli bilinir (Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 13.41-ci maddəsinin 2-ci hissəsi).

Xatırladaq ki, “Amazon” qanunu pozduğuna görə Rusiyada dəfələrlə məsuliyyətə cəlb edilib. 2022-ci ilin oktyabrında şirkət narkotik vasitələri təbliğ edən qadağan olunmuş məzmunu silməkdən imtina etdiyinə görə Rusiya tərəfindən 3 milyon rubl, ötən ilin noyabrında isə ölkədə qadağan olunmuş məlumatların yerləşdirilməsinə görə 1 milyon rubl məbləğində cərimələnib.