Ukrayna Rusiyanın müvəqqəti ilhaq etdiyi ərazidə həyatını itirən 51 ukraynalı əsgərin cəsədini alıb.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, Müvəqqəti İşğal Olunmuş Ərazilərin Reinteqrasiya nazirliyi bəyanat yayaraq, müharibədə həyatını itirən əsgərlərin cəsədlərinin Ukraynaya gətirildiyini bildirib:

“Bu gün 51 əsgərin cəsədi evə gətirildi. Meyitlər müvafiq qurumların və beynəlxalq təşkilatların dəstəyi ilə müvəqqəti olaraq Ukraynanın işğal olunmuş ərazisindən göndərilib”.

Qeyd olunub ki, əsgərlərin cəsədlərinin qaytarılması Cenevrə konvensiyalarına uyğun həyata keçirilib.