Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Avropa Birliyi Rusiya neftinin transferinə embarqo qoyub. Lakin yunan gəmi sahibləri bu qadağanı dəfələrlə pozublar.

İqtisadiyyat.az bildirir ki, dünya şöhrətli iqtisadçı Robin Brooks Yunan gəmi sahiblərinin Rusiya neftinin transferində necə üstünlük təşkil etdiyindən danışıb. Avropa Birliyinin boykot qərarına məhəl qoyulmur.

Brooks Yunan gəmi sahibləri də daxil olmaqla, Rusiya neftinin daşınmasını belə izah edib:

“Müharibədən əvvəl Rusiya limanlarından çıxan tankerlərin yüzdə 33-nü yunanlar daşıyıb, müharibədən sonra isə bu nisbət yüzdə 50-yə yüksəlib. Bu, Putinin müharibəni davam etdirmək səlahiyyətinin yunan gəmilərindən asılı olduğunu göstərir. Avropa Birliyinin Putinin işğalını cilovlamaq gücü var idi, lakin onlar bu qərarı qəbul etmədilər və Yunan şirkətlərini dayandırmadılar”.