Rumıniyada son sutkada daha 777 koronavirusa yoluxma faktı qeydə alınıb.

Bu barədə Rumıniyanın Nazirlər Kabineti yanında koronavirusla bağlı vəziyyət üzrə Strateji Əlaqə Qrupu məlumat yayıb.

Bildirilib ki, COVID-19 xəstələrinin ümumi sayı 35 003-ə çatıb.

Xəbərdə vurğulanıb ki, pandemiya başlayandan 1 971 nəfər infeksiyanın qurbanı olub.

Qeyd olunub ki, təxminən 24,3 min pasiyent virusdan sağalaraq xəstəxanalardan evə buraxılıb.

Xatırladaq ki, Rumıniya hökuməti mayın 15-dən etibarən ölkədə fövqəladə vəziyyət rejimini ləğv etsə də, koronavirusa qarşı hazırlıq rejimi iyulun 17-dək qüvvədə olacaq..report