"Əl-Nəsr”in futbolçusu Kriştianu Ronaldo 2023-cü ildə 50-ci qolunu vurub.

İqtisadiyyat.az xəbər verir ki, o, Səudiyyə Ərəbistanı kubokunun 1/4 final mərhələsində “Əl-Şəbab”a 5:2 hesabı ilə qalib gəldikləri matçda komandasının 4-cü qolunun müəllifi olub.

Bununla da 38 yaşlı hücumçu 2023-cü ildə vurduğu qolların sayını 50-yə çatdırıb. Ronaldo qol sayında “Mançester Siti”nin futbolçusu Erlinq Halanda çatıb.

Ronaldo 50-ci qolunu sosial şəbəkə hesabları vasitəsi ilə şərh edib: “Möhtəşəm qələbə və mən 2023-cü ildəki 50-ci qol hədəfimi elan etməkdən məmnunam, bütün bunlar komanda yoldaşlarımın, azarkeşlərimin və ailəmin sarsılmaz dəstəyi sayəsindədir. Bu il hələ bir neçə qol vurmaq imkanım var”.

Xatırladaq ki, Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Onun klubla müqaviləsi 2025-ci ilə qədərdir