İtaliya A Seriyasında 31-ci tura yekun vurulub.

İqtisadiyyat.az xəbər verir ki, "Atalanta" evdə "Roma" klubunu qəbul edib. Xoze Mourinyonun komandası səfərdən əliboş qayıdıb. Matç ev sahibi komandanın 3-1 hesablı qələbəsi ilə başa çatıb.

Bu matçdan sonra, "Atalanta" 52 xalla 7-ci, "Roma" isə 56 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.