"Atəşgah" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti məhkəməyə verilib. 

İqtisadiyyat.az Valyuta.az-a istinadən xəbər verir ki, sığorta şirkətini məhkəməyə verən şəxs Hacıyev Ramin Şəmil oğludur. 

R.Hacıyev sığorta şirkətindən ona dəyən ziyanın ödənilməsini tələb edir. 

Elə bu məqsədlə şikayətçi sığorta şirkəti barəsində “Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi” üzrə iddia qaldırıb. 

İş Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Mədinə Bağırovanın icraatındadır.