"Rusiya bilməlidir ki, İranın qonşuları ilə əməkdaşlığı İran xalqının “qırmızı xətləri”nə, o cümlədən suverenlik və ərazi bütövlüyünə riayət etməsindən asılıdır".

İqtisadiyyat.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib.

Qalibaf deyib ki, İran parlamenti Rusiya və Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) "İranın üç adası" - Əbu Musa, Böyük və Kiçik Tunblar adaları ilə bağlı birgə bəyanatının məzmununu qəti şəkildə rədd edir.

O, həmçinin qeyd edib ki, İran və Rusiya regionda ümumi maraqlar əsasında müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirən iki mühüm ölkədir.