Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Qrasshopper" İsveçrə çempionatında növbəti matçına çıxıb.

İqtisadiyyat.az xəbər verir ki, Sürix təmsilçisi səfərdə "Vintertur"la qarşılaşıb. Görüş "Qrasshopper"in qələbəsiylə başa çatıb - 2:1.

Dadaşov da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan hücumçu 45+1-də komandasının ikinci qolunu vurub.

"Qrasshopper" çempionatda 29 turdan sonra 37 xalla 5-ci sıradadır.