Sosial mediadan paylaşdığı sensasiyalı açıqlamarı ilə gündəmə gələn ABŞ prezidenti Donald Tramp, 2020-ci il prezident seçkilərini qazanmayacağı təqdirdə ölkə iqtisadiyyatının “daha öncə görünməyən çöküş” yaşayacağını bildirib.

İqtisadiyyat.Az xarici mediaya istinadən bildirir ki, ABŞ lideri, Twitter hesabında etdiyi açıqlamada, “Tramp iqtisadiyyatı rekordlar qırır və getdikcə daha çox yol var. Ancaq əgər 2020-də məndən başqası qazancaqsa(rəqabət çox yaxşıdır bilirəm), daha öncə görünməmiş bazar çöküşü yaşana bilər” deyib.

Tramp, “Amerikanı böyük tutaq” deyə şüar da səsləndirib. Tramp, iqtisadiyyatdakı hansı rekordlardan bəhs etdiyini yazmayıb.

Mehman Nəbiyev