Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) səfəri sırasında bu ölkənin prezidenti Ersin Tatar ilə görüşüb.

İqtisadiyyat.az xəbər verir ki, görüş Lefkoşadakı "Concorde" otelində baş tutub.

Görüşdən sonra iki lider Şimali Kipr Türk Respublikası vətəndaşlarına konsulluq xidmətlərinin göstərilməsi haqqında Saziş və Şimali Kipr Türk Respublikasının Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə Mərkəzinin yaradılması prosesində Türkiyə Respublikasının göstərəcəyi dəstək haqqında Anlaşma Memorandumu imzalayıblar.