Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının Ciddə şəhərinə rəsmi səfərə gəlib. Bu, onun Körfəz turunun ilk dayanacağı olub.

İqtisadiyyat.az xəbər verir ki, Kral Əbdüləziz Beynəlxalq Hava Limanında Ciddə regional əmirinin müavini Bədir Bin Sultan, Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Ferhan Əl-Səud, Türkiyənin Ər-Riyaddakı səfiri Fatih Ulusoy, Türkiyənin Yəməndəki səfiri Mustafa Pulat və İslam Əməkdaşlıq Təşkilatının daimi nümayəndəsi Səfir Mehmet Metin Eker Ərdoğanı rəsmi şəkildə qarşılayıb.

Prezident Ərdoğan və xanımı Əminə Ərdoğanı xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, milli müdafiə naziri Yaşar Gülər, sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır, ticarət naziri Ömər Bolat, AK Partiya sədr müavini Ömər Çelik, Zəfər Sırakaya, AK Partiya millət vəkilləri Hulusi Akar, Mustafa Varank, Nurəddin Nebati və MHP millət vəkili İsmayıl Faruk Aksu, Prezident Administrasiyasının rəhbəri Metin Kıratlı, Prezident Administrasiyasının Kommunikasiyalar Şöbəsinin direktoru Fahrettin Altun, MİT rəhbəri İbrahim Kalın, Müdafiə Sənayesi sədri Haluk Gör, Dövlət Arxivliyi rəhbəri Uğur Ünal, prezidentin müşaviri səfir Akif Çağatay Kılıç müşayiət edir.

Ərdoğan Ciddədə Əl Salam sarayında qarşılanacaq.

Daha sonra, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd Bin Salman ilə təkbətək və geniş tərkibdə görüşlərdə iştirak edəcək.