Türkiyəli yarımmüdafiəçi Arda Güler "Real"da debüt edib.

İqtisadiyyat.az xəbər verir ki, o, İspaniya Kubokunda "Arandina" ilə görüşdə (3:1) meydana çıxıb.

"Real"ın baş məşqçisi Karlo Ançelotti matçdan sonra AS nəşrinə açıqlamasında Ardanın çıxışını dəyərləndirib:

"Gülerin yaxşı xasiyyəti və xarakteri var. O, zərbə keyfiyyətləri, gözəl ötürmələri ilə seçilir. "Real"da uğur qazanmaq üçün vacib şeylərdən biri xarakterdir.

Arda yaxşı oynadı. Lakin ikinci hissədən sonra çatdırmırdı. Fiziki hazırlıqdakı problemlər özünü göstərdi. Səbirli olmaq lazımdır".