Bu gün İspaniya Kral Kubokunun yarımfinal mərhələsinin digər cavab oyunu keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, "Barselona" əzəli rəqibi "Real"ı qəbul edib. "El-Klassiko"nu "Real" qazanıb. Madrid klubu səfər matçında 4 cavabsız qolla qalib gəlib və finala yüksəlib. "Real"ın kapitanı Kərim Benzema het-trik edib. İlk qolun ötürməsini də 36 yaşlı hücumçu verib.

Qeyd edək ki, komandalar arasında ilk oyun "Barselona"nın 1:0 hesablı qələbəsi ilə başa çatmışdı..

"Real" kubokun finalında "Osasuna" ilə qarşılaşacaq. Oyun mayın 6-da keçiriləcək.

5 aprel

İspaniya Kral Kuboku

Yarımfinalın cavab oyunu

23:00."Barselona" - "Real" - 0:4

Qollar: Vinisius, 45+1, Benzema, 50, 58-pen. 80

İlk oyun -1:0