2023-cü ildə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin (ASCO) rəhbərliyinə ümumilikdə 874 min manat həcmində ödəniş edilib. 

İqtisadiyyat.az xəbər verir ki, ASCO rəhbəri Rauf Vəliyevə və müavinlərinə ümumilikdə 2022-ci ilə nisbətən 28% çox ödəniş olunub. 

Başqa sözlə, bir ildə ASCO rəhbərliyinin gəlirləri 189 min manat artıb. Qeyd edək ki, 2022-ci ildə QSC rəhbərliyinin gəlirləri 685 min manat təşkil edib. 

2023-cü ildə ASCO rəhbərliyinin aylıq əməkhaqqısı isə 72,8 min manat təşkil edib. 

Qeyd edək ki, hazırda ASCO rəhbərliyinə sədr Rauf Vəliyevlə yanaşı, birinci müavin Mübariz Cabbarov, müavinləri - Cəlal Fərəcov, Nəzrəddin Əhmədzadə, Zaur Nağıyev, Tariyel Mirzəyev və Cəbrayıl Mahmudlu daxildir. 

Xatırladaq ki, ASCO 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 440,051 milyon manatdır. Şirkət 100% dövlətə məxsusdur.