Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev ağır cəza ilə üzləşib.

İqtisadiyyat.az xəbər verir ki, buna səbəb “Buriram Yunayted”in formasını geyinən futbolçunun Asiya Çempionlar Liqasında Çinin “Zhejianq” komandası ilə görüşdən sonrakı davranışı olub.

Belə ki, qarşılaşmadan sonra dava-dalaşda iştirak edən forvard 8 görüşlük diskvalifikasiya edilib. Şeydayevin komanda yoldaşları Leon Ceyms və Çitipat Tanklanqın cəzası isə 6 oyunluq olub. Ramilin döyüldüyü hadisəyə görə “Zhejianq”ın da 3 oyunçusu sanksiya ilə üzləşib.

Qeyd edək ki, H qrupu çərçivəsində keçirilən qarşılaşmada “Buriram Yunayted” səfərdə rəqibinə 2:3 hesabı ilə məğlub olub