BMT-nin baş katibi Antonio Quterreş bütün tərəfləri Qırmızı dənizdə vəziyyətin gərginləşməsinə səbəb ola biləcək hərəkətlərdən çəkinməyə çağırıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə brifinqdə baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

"Baş katib öz gəmilərini qoruyan bütün BMT Təhlükəsizlik Şurasının bütün dövlətlərini bunu beynəlxalq hüquqa uyğun etməyə çağırır. Baş katib bir daha bütün tərəfləri münaqişənin daha da gərginləşməsinin qarşısını almağa çağırır", - deyə o bildirib.