Bəhreyn Qurana hücuma icazə verən İsveçə etiraz notası verib.

İqtisadiyyat.az türk mediasına istinadən bildirir ki, Bəhreyn Xarici İşlər Nazirliyi İsveç rəsmilərinin Stokholmda ekstremistlər tərəfindən polisin himayəsi altında "Qurani-Kərim"in yandırılmasına icazə verməsini qətiyyətlə pisləyib. 

Bəhreyn Xarici İşlər Nazirliyi Qurana təkrar hücumların müsəlmanların hisslərini oyatdığına işarə edərək, bu hərəkətlərin beynəlxalq qətnamə və konvensiyalara zidd olduğunu vurğulayıb.

Bəhreyn Xarici İşlər Nazirliyi Qurana təkrar hücuma cavab olaraq İsveçin müvəqqəti işlər vəkili Britta Liszt Ann Lindalın nazirliyə çağırıb və İsveçin bu cür hərəkətlərin qarşısını almaq üçün tədbirlər görməli olduğunu qeyd edib.

Gülşən Şərif

İqtisadiyyat.az