İyulun 25-də saat 3 radələrində Quba rayonu Mahmudqışlaq kəndində evlərin birində 1999-cu il təvəllüdlü Güliyeva Rəvanə Vasif qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən İqtisadiyyat.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1997-ci təvəllüdlü Güliyev Elşad Akif oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

Araşdırma aparılır.