Ötən il Qırğızıstan və Çin arasında ticarət əməliyyatlarının həcmi 30% artaraq 19,8 milyard dollara çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qırğızıstan hökumətinin başçısı Akılbek Japarov bildirib.

“Çin Qırğızıstanın əsas ticarət və investisiya tərəfdaşlarından biridir. İki ölkə arasında ticarət illik müqayisədə 30% artıb. Lakin bu göstərici ən yüksək hədd deyil. Qırğızıstan bütün ticari-iqtisadi göstəriciləri artırmaq üçün birgə səylər göstərməyə hazırdır”, - deyə o qeyd edib.

 

Gözəl Həşimova