Qırğızıstanın paytaxtında ilk dəfə olaraq yeni dövlət bayrağının qaldırılması mərasimi keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qırğızıstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, bayrağın üzərində günəş şüaları dalğavari deyil, düz xətlər şəklində təsvir edilib.

Qeyd edək ki, Qırğızıstanın dövlət bayrağının əvvəlki variantı 1992-ci ilin martında respublika parlamentinin deputatları tərəfindən qəbul edilib və o vaxtdan bəri onun dizaynı dəyişməyib.

 

Gözəl Həşimova