Qırğızıstanda Qəzza zolağının sakinlərinə vəsait toplamaq üçün xüsusi hesab açılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qırğızıstan Maliyyə Nazirliyinin yaydığı məlumatda deyilir.

Məlumata görə, Qırğızıstanda xüsusi bank hesabı açılıb və respublika vətəndaşları Qəzza zolağının əhalisinə yardım göstərmək üçün könüllü olaraq oraya pul göndərirlər. Bildirilib ki, vətandaşlar vəsaiti qırğız somu, rus rublu, dollar və ya avro ilə köçürə bilərlər.

 

Gözəl Həşimova