Qırğızıstanda ötən sutka ərzində yeni növ koronavirusa daha 228 nəfər yoluxub.

Bunu brifinq zamanı ölkənin Səhiyyə nazirinin müavini Mademin Karatayev deyib.

Onun sözlərinə görə, ötən gün qeydə alınan yoluxma hallarının sayı rekord göstəricidir: "Ölkədə koronavirusa yoluxanların ümumi sayı 3 954 nəfərə çatıb".

Nazir müavini qeyd edib ki, ötən gün koronavirusdan 1 nəfər ölüb, 30 nəfər sağalıb, ölənlərin ümumi sayı 43 nəfər, sağalananların ümumi sayı isə 2 112 nəfərdir.redaktor.az