Qırğızıstanda ötən sutka daha 24 nəfər yeni növ koronavirusa yoluxub.

İqtisadiyyat.Az-ın verdiyi məlumata görə, bunu brifinq zamanı ölkənin səhiyyə nazirinin müavini Nurbolot Usenbeyev deyib.

Onun sözlərinə görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 895 nəfərə çatıb.

N.Usenbeyev qeyd edib ki, ötən gün həmçinin 23 nəfər koronavirusdan sağalaraq evə buraxılıb: "Onların hamısının təkrar testlərinin nəticələri mənfi olub. Ümumilikdə ölkədə 637 nəfər koronavirusdan sağalıb".

Qeyd edək ki, Qırğızıstanda koronavirusdan 12 nəfər dünyasını dəyişib. (Trend.az)