Qırğızıstanda ötən sutka ərzində yeni növ koronavirusa daha 27 nəfər yoluxub.

Bunu ölkənin səhiyyə nazirinin müavini Nurbolot Usenbayev deyib. Onun sözlərinə görə, bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 1 207 nəfərə çatıb.

Ümumilikdə isə ölkədə 910 nəfər koronavirusdan sağalıb.