Avstriya Rusiyanı Qara Dəniz Taxıl Dəhlizi Sazişini təcili olaraq uzatmağa çağırıb.

İqtisadiyyat.az xəbər verir ki, ölkənin Xarici İşlər Nazirliyi “Twitter” hesabında “Qida silah deyil” etiketi ilə Qara Dəniz Taxıl Dəhlizi Sazişi ilə bağlı paylaşım edib:

"Biz Rusiyanı Qara Dəniz Taxıl Təşəbbüsünün uzadılmasını təcili qəbul etməyə çağırırıq. Bu qlobal yemək təhlükəsizliyi üçün çox vacibdir. Bundan əlavə, milyonlarla ton taxıl və toxum təmin edilməlidir."