İqtisadiyyat.Az-ın türk mediasına istinadən verdiyi məlumata görə, türkiyəli mütəxəssislər toyuq dönəri ilə bağlı xəbərdarlıq ediblər. İsti və nəm yerdə saxlanılan və satılan toyuq dönərlərinin tez xarab olduğunu deyən mütəxəssislər, hava ilə təmasda olan dönərxanalardan dönər almamağı tövsiyə ediblər. Onların sözlərinə görə, hava ilə açıq təmasda olan qidalar onsuzda ilin 4 fəsli xarab olmaqla üz-üzədir. Lakin yay aylarında xüsusən bu tip qidaların xarab olması qaçılmazdır. Ət və süd məhsulları yay aylarında tez xarab olan qidalardır. Əsasən də tərkibi toyuq əti olan qidalar xəstəlik qaynağıdır. Həmin qidaların xarb olmasına təsir edən isə rütubət və isti havadır. Çünki yay ayları mikroorqanizmlərin üzə çıxması üçün əlverişlidir.

Bu xüsusda toyuq dönərinin istehlakı üçün fəsildən asılı olmayaraq diqqət tələb etdiyini deyən mütəxəssislər, “Toyuq dönrləri hava ilə açıq təmasda satılır. Bundan əlavə bir də isti havalar olduqda ağ ətin rəginin dəyişməsi qaçılmazdır. Buna görə də qidanın hazırlanma prosesindən əlavə saxlanıldığı və satıldığı yer çox önəmlidir. İnsanlara hava ilə açıq təmasda olan qidaları almamağı məsləhət görürük” deyiblər.